Tarixdə bir ilk: İngiltərə səfiri hacı oldu





İngiltərənin Səudiyyə Ərəbistanıdakı səfiri Collis, həyat yoldaşı Huda Mujarkech ilə birlikdə Kəbəni ziyarət edərək hacı oldu. İngilis diplomat, müsəlman olduğunu da Twitterdən açıqladı.

60 yaşlı Simon Collis, həccə gedən ilk İngiltərə səfiri olaraq qeydlərə keçdi. Məkkədə üzərindəki ehramla göstərilən səfir Collisin fotoşəkilini, Səudiyyə yazar və qadın haqqları müdafiəçisi Fevziye Elbekir Twitterdən paylaşdı.

Elbekir mesajında, "İlk dəfə bir İngiltərə səfiri həcc vəzifəsini yerinə yetirir. İslam dinini qəbul edən səfir Collis və həyat yoldaşı Huda Məkkədədir. Allah böyükdür" yazdı.

Collisi həccə getdiyi üçün təbrik edənlər arasında Səudiyyə Ərəbistanı şahzadəsi Basma bin Suud da vardı: "Səfir və həyat yoldaşına ən səmimi təbriklərimi çatdırıram."

Səfir Collis də Twitterdən gələn təbriklərə təşəkkür etdi və həyat yoldaşı Huda ilə evlənməmişdən az əvvəl müsəlman olduğunu açıqladı: "Yekunlaşdırmaq lazım olsa, 30 il müsəlman birliklərin içində yaşadıqdan sonra həyat yoldaşımla evlənməzdən əvvəl İslama keçdim."

Simon Collis, 2015-ci ildən bu yana İngiltərənin Riyad səfiridir. Daha əvvəl İraq, Suriya və Qətərdə da vəzifə yerinə yetirib.

Collis, 2012-ci ildə Suriyada vəzifə yerinə yetirərkən  təhlükəsizlik narahatlıqları səbəbiylə mərkəzə çəkilən diplomatlar arasında idi. İngilis səfir Suriyadakı vətəndaş müharibəsi səbəbiylə ölkənin dövlət başçısı Bəşər Əsədi də sərt şəkildə tənqid etmişdi.

Qaynaq: BBC