SAIPA-nın yeni modeli diqqət çəkdi - FOTO

İranda avtomobil sənayesinin iqtisadi transformasiyasına həsr olunmuş sərgidə "Iran Khodro" və SAIPA şirkətlərinin birgə hazırladığı "Khodro K112" krossoveri təqdim olunub.

Sherg.az  oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, krossover Fransanın "Renault Kwid" modeli platforması əsasında hazırlanıb.

Sərgidə krossoverin prototipi nümayiş etdirilib.

K112-nin 70-75 at gücündə benzin mühərriki və beş pilləli mexaniki transmissiya alacağı gözlənilir. Kompakt krossoverin uzunluğu 3800 mm, çəkisi təxminən 800 kq-dır.

Avtomobilin kütləvi istehsalına başlanılacağı tarix açıqlanmır.