Klintonun qaşındakı milçək sosial şəbəkələrdə əsas mövzuya çevrildi





Hillari Klinton və Donald Tramp arasındakı keçirilən son teledebat zamanı müzakirə olunan mövzulardan çox, xanım namizədin qaşına qonmuş milçək sosial mediada diqqət çəkib.
İKT.lent.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, debat zamanı H. Klintonun sol qaşına milçək qonub. O, hər hansı reaksiya verməyərək çıxışına davam edib. Hadisə "Facebook” və "Twitter”də geniş müzakirələrə səbəb olub. Hətta "Twitter”də milçək üçün bir neçə akkaunt yaradılıb.
Qeyd edək ki, CNN və ORC şirkətlərinin sorğusuna əsasən teledebatlarda Hillari Klinton qalib gəlib. Respondentlərin 57%-i Klintona, 34%-i isə Trampa üstünlük verib.