Azərbaycan və Rusiya qəzanın məhkəmə-tibbi ekspertizasına buraxılmayacaq - Qazaxıstanın Baş naziri

Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırma aparmağa icazə veriləcək.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib.

“Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına qəzanın araşdırılmasına icazə veriləcək”, - Bozumbayev bildirib.

Onun sözlərinə görə, bununla belə, Azərbaycan və Rusiyanın hüquq-mühafizə orqanlarının əməkdaşları qəzanın məhkəmə-tibbi ekspertizasında iştiraka buraxılmayacaq.