Dağıstanın rəhbəri: Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.

APA xəbər verir ki, başsağlığında deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.

Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq".