Vyetnamda bir avtobusda 120 canlı kobranın ələ keçirildiyi bildirilir. "Tuoi Tre” qəzetinin xəbərinə görə, Dak Nonq bölgəsində avtobusu dayandıran polis, 15 qutunun içində 120 canlı kobrayla qarşılaşıb. İçində 4 sərnişini olan avtobusun sürücüsü, polisə 220 kiloqram ağırlığında olan kobraları ölkənin şimalındakı Vinh Phuc əyalətindən cənubdakı Ho Chi Minh şəhərinə aparmaq üçün götürdüklərini söyləyib.
Kobraların yaxınlıqdakı polis bölməsinə aparıldığı bildirilir. Ölkədə insanlara zərər verəcək malların ictimai nəqliyyatda daşınması qanunla qadağan olunur. Vyetnamda ilan əti ən ləzzətli ətlərdən sayılır. Ancaq dünyanın ən zəhərli ilanlarından olan kobralar, muhafizə olunur.
Ölkədə polis 2013-cü ildə bir avtomobildə dünyanın ən uzun zəhərli ilanı olaraq bilinən 53 kral kobra tutmuşdu.