Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fiziki şəxs Elvin Əhmədov tərəfindən Xaçmaz rayonunda "Ekotuzim-təbiətə qayğı” layihəsi həyata keçirilib.
2001-ci ildən Beynəlxalq Turizm Təşkilatının üzvü olan Azərbaycanın bu təşkilat qarşısında götürülən öhdəliklərindən biri də məhz ekoturizmin inkişafı və təbiətin qorunmasıdır. Layihə rəhbəri bunu əldə əsas tutaraq və həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ekoturizmin inkişafı ilə bağlı müxtəlif şirkətlərə etdiyi müraciəti nəzərə alaraq turizmin bu növünün inkişafına dəstək vermək niyyətindədir.
Layihənin əsas məsqədi gənclərimizin, insanların təbiətin çirklənməsinə laqeyd qalmamasını aşılamaq, ölkəmizdə mövcüd olan təbiətə qayğını ictimaiyyətə təqdim etmək, ekoturizm üçün münbit şərait olan yerlərdə yerli əhalini maarifləndirmək, şəxsi nümunə kimi təbiətə qayğı göstərməkdən ibarətdir.
Dünyada, eləcə də Azərbaycanda ekoloji problemlərin qarşısının alınması üçün mütəmadi olaraq təlimlər keçirilir, insanlar maarifləndirilir. Layihədə bu sahəyə olan marağı artırmaqla gələcəkdə ekoloji təmizliyin daha çox qorunacağı diqqətə çatdırılmışdır. Gənc nəslin sağlam böyüməsi və bu istiqamətdə maarifləndirmə prosesinin daha da çox olması üçün bu tip tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.