"5491 məntəqədə 5 milyon 145 min seçicinin səsvermə hüququ təmin olunub. Xarici ölkələrədə yaşayan vətəndaşların da eyni dərəcədə səsverməsi üçün bütün şərait yaradılıb”. Bu sözləri MSK sədri Məzahir Pənahov jurnalistlər üçün keçirilən brifinqdə deyib. MSK sədri bildirib ki, biz tarixi hadisənin ərəfəsindəyik: "Seçkiyə hazırlıq prosesi yüksək səviyyədə keçir. Seçkilər üçün tələb oluna əsas məsələ onun şəffaf keçirilməsidir. Eyni zamanda seçkilərin şəffaf keçirilməsi üçün hakimiyyətin siyasi iradəsi lazımdır. İkinci əsas məsələ mətbuatın azad olmasıdır. Jurnalistləri prosesi işıqlandırmaq imkanına malikdir. Bu məqsədlə biz müstəqil mətbuat mərkəzi yaratmışıq. Burda istənilən adam mətbuat konfransı keçirə bilər. Bunun üçün mətbuata bütün azadlıqlar veriilib”. Məzahir Pənahov qeyd edib ki, hazırda yerli müşahidəçilərin sayı 40 minə yaxınlaşıb. Beynəlxalq müşahidəçilərin sayı isə 1300-u keçib. MSK sədri həmçinin bildirib ki, mətbuat mərkəzindən məqsədyönlü şəkildə istifadə etməliyik: "Çalışmaq lazımdır ki, bu elektorn avadanlıqlardan ehtiyatla istifadə edək. Təbii ki, hər hansı biri sıradan çıxsa biz onu başqası ilə əvəzləyəcəyik. Azərbaycan fəxr edə bilər ki, müasir dünyada tətbiq edilən addımların atılması baxımından ölkədə bütün şərait yaradılıb. Bəzi hallarda isə fəxr etməlidir ki, bir sıra məqamlara görə üstündür. Məsələn, veb kameraların quraşdırııması, səsvermə nəticələrinin cəmiyyətə açıq olması baxımından və.s "