Moskva-Gəncə təyyarəsində insident yaşanıb

Bir nəfər pilot kabinəsinə soxulmağa çalışıb

Moskva-Gəncə aviareysi ilə uçan təyyarədə insident baş verib. Bir nəfər 162 sərnişin tutumu olan təyyarənin pilot kabinəsinə soxulmağa çalışıb. Bu şəxsin Azərbaycan vətəndaşı Rasim Əmiraslanov olduğu bildirilir. Rasim Əmiraslanovun sərxoş vəziyyətdə olub. O, əsas təyyarə bələdçisi və bir qrup sərnişini söyüb. Təyyarənin komandiri ondan sakitləşməyi tələb etsə də, Rasim Əmiraslanov kabinəyə soxulmağa cəhd göstərib. Nəticədə təyyarənin komandiri ən yaxın aeraportlardan birində enməyə qərar verib. Təyyarə Həştərxan hava limanında yerə endirilib.