Azərbaycan-Rusiya sərhədində yeni körpü inşa olunacaq

Yaraq-Qazmalar sərhəd keçid məntəqəsində Samur körpüsü üzərində daha böyük və uzun körpü tikiləcək

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələr arasında delimitasiya məsələsi həll olundu və bu Azərbaycan-Rusiya sərhədində yeni avtomobil körpüsünün inşası məsələsini də gündəmə gətirdi. Əldə olunmuş razılığa əsasən Yaraq-Qazmalar sərhəd keçid məntəqəsində Samur körpüsü üzərində daha böyük və uzun körpü inşa olunacaq. "Azəryolservis” ASC-nin sədri Cavid Qurbanov: "Körpünün uzunluğu yan yollarla bərabər 326 metr olacaq. Proyektlənməsinə artıq başlamışıq, körpünün öz uzunluğu 258 metrə olacaq. 21 metrəlik 11 aşırımdan ibarətdir. Ondan əlavə hər tərəfdən iki dəfə piyada keçidləri də nəzərdə tutulur”.