Gəncədə fəhlə çənin altında can verdi




Gəncə Beton Zavodunda ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı xəbər verir ki, oktyabrın 1-də Gəncə Beton Zavodunda işləyən Mehman Rüstəmovun üzərinə çən düşüb. Hadisə baş verən zaman M.Rüstəmov qaynaqla çəni kəsirmiş. Mehman Rüstəmov xəsarətlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb və orada ölüb.