Avstriyada yaşayan azərbaycanlılar bəyanat qəbul etdilər




Avstriyada yaşayan azərbaycanlı gənclərbəyanat yayıblar. Gənclərin bəyanatında onlar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər. Avstriya Akademik Assosiasiyasından verilən məlumatına görə, azərbaycanlı gənclərə ünvanlanmış çağırışında İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurlar öz əksini tapıb: "Bu gün biz haqq səsimizi dünyanın istənilən tribunasında ucaltmağa müvəffəq olan, Azərbaycanı ürəkdən sevən, ona bütün mənəviyyatı ilə bağlı olan bir diaspora çevrilmişik. Biz şahidik ki, güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir”. Avstriya gənclərinin bəyanatında eyni zamanda bəzi soydaşlarımızın Azərbaycanın imicinə xələl gətirməyə çalışan hərəkətləri pislənilir və onların Avropada fəaliyyət göstərən Azərbaycan diasporu adından çıxış etməsinə etiraz bildirilir. Avstriyanın azərbaycanlı gəncləri oktyabrın 9-u - Azərbaycan xalqının müqəddəratının həll ediləcəyi gündə soydaşlarımızı doğru seçim edərək İlham Əliyevə səs verməyə çağırır.