Ermənistan parlamenti amnistiya aktı qəbul edib

Layihənin lehinə 102 deputat səs verib, əleyhinə olan və bitərəf qalan olmayıb

Ermənistan parlamenti prezident Serj Sarkisyanın təklifini yekdilliklə qəbul edərək amnistiya layihəsinə səs verib. APA-nın "PanARMENIAN”a istinadən xəbərinə görə, layihənin lehinə 102 deputat səs verib, əleyhinə olan və bitərəf qalan olmayıb. Amnistiya Ermənistanın müstəqilliyinin 22-ci ili münasibətilə tətbiq olunacaq və 1200-1300 məhbusa, hətta qətl törətmiş şəxslərə də şamil olunacaq. Onlardan 500-ü azadlığa buraxılacaq, qalanlarının cəza müddəti azaldılacaq. Bu, Ermənistanın müstəqilliyi dövründə verilmiş 9-cu amnistiya olacaq.