Finlandiyada yaşayan həmvətənlərimiz dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar. Yeni Azərbaycan Partiyasının rəsmi saytı xəbər verir ki, Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin Finlandiya azərbaycanlıları adından qəbul etdiyi bəyanatda deyilir ki, qloballaşan dünyada ölkəmizdə aparılan uğurlu xarici siyasət nəticəsində Finlandiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyəyə çatıb. Bu da öz növbəsində ölkələrimiz arasında iqtisadi, enerji, təhlükəsizlik sahəsində əlaqələrin və regional əməkdaşlığın möhkəmlənməsi baxımdan əhəmiyyətlidir. Bəyanatda həmçinin bildirilir ki, qısa müddət ərzində qazanılan nailiyyətlər, yüksək iqtisadi inkişaf Azərbaycan hökumətinin əzmkarlığının nəticəsidir. Avropada yaşayan hər bir azərbaycanlı kimi Finlandiya azərbaycanlıları da ölkəmizin bugünkü inkişafını alqışlayır və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirirlər. Finlandiya azərbaycanlıları qarşıdan gələn prezident seçkilərində bütün azərbaycanlıları Azərbaycan xalqının ümummilli liderinin layiqli davamçısı - İlham Əliyevə səs verməyə çağırır. Azərbaycan-Finlandiya Dostluq Cəmiyyəti 2004-cü ildə Finlandiyanın paytaxtı Helsinki şəhərində təsis olunub. Təranə Nəzərovanın rəhbərliyi altında fəaliyyət göstərən təşkilat Azərbaycan mədəniyyətini, tarixini, xalqımızın adət-ənənələrini təbliğ edir, Azərbaycanın qarşılaşdığı problemləri Finlandiya ictimaiyyətinə çatdırır.
Finlandiyada yaşayan soydaşlarımız dünya azərbaycanlılarını İlham Əliyevə səs verməyə çağırıblar
23:34 03.10.2013
Arxiv
498
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
9 qolun vurulduğu oyunda “Liverpul” “Tottenhem”i məğlub edib
00:57 23.12.2024
İdman
Viktor Orban: Avropa İttifaqı Ukrayna münaqişəsində uduzub
00:49 23.12.2024
Siyasət
Xırdalandakı partlayışda xəsarət alanların bəziləri evə buraxılıb
00:31 23.12.2024
Hadisə
Trampdan Putin açıqlaması: Görüşmək istədiyini söylədi
00:22 23.12.2024
Gündəm
Roma Papası Milad bayramında münaqişə zonalarında atəşkəsə çağırıb
00:08 23.12.2024
Dünya
Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib
23:52 22.12.2024
Aktual
Qətər Avropaya qaz tədarükünü dayandıra bilər
23:36 22.12.2024
İqtisadiyyat
Qurban Qurbanov ölkədə ən yaxşı futbolçunun adını açıqladı
23:21 22.12.2024
İdman
Tbilisidə etiraz aksiyası başa çatıb
23:12 22.12.2024
Gündəm
Hakan Fidan Əhməd əl-Şara ilə Kasyun dağında çay içib
23:02 22.12.2024
Gündəm
Tramp Putinlə görüş keçirmək fürsətini gözlədiyini bildirib
22:53 22.12.2024
Gündəm
Serbiyada tələbələr ayağa qalxdı - Baş nazir istefaya çağırıldı
22:51 22.12.2024
Dünya
Lavrov misirli həmkarı ilə Suriyanı müzakirə edib
22:49 22.12.2024
Dünya
Zurabişvili Gürcüstan hakimiyyətinə bir həftə vaxt verib
22:44 22.12.2024
Gündəm
Netanyahu qorxdu, bu səfərdən imtina etdi
22:34 22.12.2024
Dünya
Ağ Ev Ukraynada sülhün əldə olunacağına nikbin baxır
22:21 22.12.2024
Gündəm
“Le Monde”: Makron son dərəcə paranoyak olub
22:19 22.12.2024
Siyasət
Ağstafada ər həyat yoldaşını qətlə yetirib
21:59 22.12.2024
Hadisə
Zurabişili aksiyanın keçirildiyi Rustaveli prospektinə gəlib
21:57 22.12.2024
Gündəm
Təyyarə binaların üzərinə düşdü: 10 ölü, 15 yaralı
21:51 22.12.2024
Hadisə
Xaçmazda qadın meyiti tapılıb
21:47 22.12.2024
Hadisə
Xırdalanda mənzildə partlayış: Yaralılar var - VİDEO
21:43 22.12.2024
Hadisə
Ordusu olmayan ölkələr bəlli oldu: Bir əsgəri belə yoxdur - SİYAHI
21:29 22.12.2024
Gündəm
Putin Slovakiyanın Baş naziri ilə danışıqlar aparır
21:11 22.12.2024
Siyasət
Tbilisidə etiraz aksiyası bərpa edilib - FOTO
21:07 22.12.2024
Gündəm
Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib
21:01 22.12.2024
Dünya
Moldova baza valyutasını dollardan avroya dəyişəcək
20:59 22.12.2024
Dünya