“Cəfər Cabbarlı” stansiyasında qatarların hərəkətində gecikmə olub

Ləngimə sərnişinlərdə ciddi narazılıq və təşviş yaradıb

Bakı Metropoliteninin "Cəfər Cabbarlı” stansiyasından "Xətai” stansiyasına yola düşməli olan qatar səhər saat 10:02-dən 10:26-ya qədər ləngiyib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qatarda baş verən ləngimə, sərnişinlərin ciddi narazılığına və təşvişə səbəb olub. Maşinistlər ləngiməni baş verən texniki çatışmazlıqla izah ediblər və bir müddət sonra qatarın hərəkəti bərpa olunub. Bakı Metropoliteninin Hərəkət xidməti şöbəsindən APA-ya bildiriblər ki, hazırda hadisə ilə bağlı mütəxəssislər və stansiya rəisi stansiyadadır, problem araşdırılır.