Trend-in məlumatına görə, bazar ertəsi keçirilən iclasda MSK sədri Məzahir Pənahov kütləvi informasiya vasitələrini Seçki Məcəlləsinin tələbinə uyğun olaraq fəaliyyət göstərməyə, hər hansı namizədin xeyrinə və ya əleyhinə material hazırlamamağa çağırıb. M.Pənahov deyib ki, namizədlərin lehinə və əleyhinə fikir deməmək qadağası yalnız İctimai Televiziyaya aiddir: "Bu qadağanın yalnız İTV-yə aid olmasına baxmayaraq, MSK bütün mətbuata bu çağırışı edir”. MSK sədri qeyd edib ki, artıq seçkilərlə əlaqədar olaraq bütün hazırlıq işləri başa çatıb, maarifləndirmə işləri bu gün yekunlaşdırılır.