Leyla Əliyeva ali ordenə layiq görüldü



Moskva və bütün Rusiyanın Patriarxı Kirillin sərəncamı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiyada nümayəndəliyinin rəhbəri Leyla Əliyeva III dərəcəli Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni ilə təltif edilib. Bu barədə Trend Həştərxan vilayətinin rəsmi saytına - astrobl.ru-ya istinadən məlumat verir. Leyla Əliyeva bu mükafata Həştərxan şəhərində Müqəddəs Apostola bərabər Knyaz Vladimirin abidəsinin ucaldılmasına və Rusiyanın xaç suyuna salınmasının (Rusiyanın xristinalığı qəbul etməsi) 1025-ci illiyinə, həmçinin Rusiya və Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində bir çox xidmətlərinə görə layiq görülüb. Müqəddəs Apostola bərabər Knyaginya Olqa ordeni Rusiyanın xaç suyuna salınmasının 1000 illiyinin təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar 1998-ci ildə təsis edilib. Qadınlar bu ordenlə kilsə, dövlət və ictimai sahələrdə göstərdikləri xidmətlərə görə mükafatlandırılır. Daha əvvəl Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa və Böyük Knyaginya Mariya Vladimirovna Romanovanın bu ordenə layiq görülməsi mövcud mükafatın yüksək statusunu təsdiq edir.