Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda, Suriya ilə həmsərhəd ərazidə qaçaqmalçıların ölkəyə keçməsini əngəlləmək üçün divar hörüləcək. Artıq divarın inşaatı başlanıb və təməl qazılır. Divarın hündürlüyü 2 metr olacaq və üzərində tikanlı məftillər yerləşdiriləcək. Xatırladaq ki, 2006-cı ildə ABŞ hökuməti də Meksika ilə sərhədə divar inşa edib və hazırda bu divarın daha da uzadılması üçün tikinti işləri davam edir.