Aşıqlar Birliyin sədri Zəlimxan Yaqub 9 oktyabr tarixində ölkədə baş tutacaq olan prezident seçkilərindən sonra müalicə olunmaq üçün Almaniyanın Hannover şəhərinə yollanacaq. Xalq şairi Zəlimxan Yaqub ANS PRESS-ə açıqlamasında oktyabrın 12-dən 13-nə keçən gecə təyyarə ilə İstanbula, oradandan isə birbaşa Almaniyaya yola düşəcəyini bildirib. Xalq şairimiz Almaniyaya yalnız börəklərindən müalicə almaq üçün getdiyini söyləyib.”Bəzən mətbuatda "Zəlixan Yaqub donor axtarır” kimi başlıqlı yazılar gedir. Bunlar yanlışdır. Almaniya böyəklərimi dəyişdirməyə görə getmirəm. Həkimlər dediklərinə görə, hələ müayinə olacam”.