Müəllimlərin qurultayı dekabrda olacaq



Bu ilin dekabrında Azərbaycan müəllimlərinin XIV qurultayı keçiriləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, növbəti qurultay milli təhsilin inkişaf dinamikasını nümayiş etdirəcək. Qurultayda ötən illər ərzində həyata keçirilən bir çox layihələr nəticəsində ümumi orta, peşə, orta ixtisas və ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər barədə ətraflı məlumat verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan müəllimlərinin qurultayı 5 ildən bir keçirilir. Müəllimlərin XIII qurultayı 2008-ci il sentyabrın 22-də keçirilib.