AZAL-a stüardessa lazımdır

İddiaçılar Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidirlər

Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları” QSC (AZAL) stüard vakansiyalarına müsabiqə elan edib. Bu barədə AZAL-ın məlumatında deyilir. Şirkət həmin vəzifəyə yaşı 18-dən 30-dək olan qız və oğlanları qəbul edir. Qızların boyu 165-180 sm, çəkiləri 75 kiloqramadək, oğlanların boyu 170-185 sm, çəkiləri 80 kq-dən çox olmamalıdır. İddiaçılar Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidirlər. Digər dilləri bilmək alqışlanır.