25 hərbiçimizə ev verilib

Samir Şərifov: “Müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prossesi uğurla davam etdiriləcək”

Azərbaycan Silahlı Qüvvələrində 20 il və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib. Maliyyə Nazirliyinin mətbuat katibi Mais Priyevin verdiyi məlumata görə, nazirliyin müvafiq komissiyasının oktyabrın 8-də baş tutan iclasında çıxış edən maliyyə naziri Samir Şərifov, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam ediyini söyləyib. S.Şərifov bu prosses zamanı komissiyanın müəyyən etdiyi müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət edən və döyüşlərdə yaralanan hərbçilərın ilk növbədə nəzərə alınacağını da vurğulayıb. İcalasın yekununda mənzil növbəsinə qəbul duran hərbi qulluqçulardan 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib. Qeyd edək ki bu günə qədər Komissiya tərəfindən 462 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib və artıq müvafiq mənzillər 213 hərbi qulluqçunun mülkiyyətinə verilib.