Praqa ali məhkəməsi oktyabrın 15-də erməni kriminal avtoritet Andranik Soqoyan üçün verilmiş qərarı təsdiq edib. ANS PRESS Praqa radiosuna istinadən bildirir ki, "qanuni oğru” 2007-ci ildə azərbaycanlı Məhəmməd Əliyevə bir erməni iş adamını öldürməyi sifariş verib.
Əliyev isə öz növbəsində bu işi ukraynalı Timur Tretyakova sifariş verib. Ancaq Tretyakov iki dəfə səhv buraxıb. Əvvəlcə o, bıçaqla başqa ermənini yaralayıb, həkimlər onun həyatını xilas edə biliblər. 14 gün sonra Tretyakov "Sazka” şirkətinin direktorunun sürücüsünü erməni sahibkar sayaraq səhvən onu güllələyib. Timur Tretyakova 22 il iş kəsilib və hazırda o, həbsxanadadır. Andranik Soqoyan da 22 il iş kəsilib, onun əlbirləri 12 ildən 18 ilə kimi iş alıblar. Amma Soqoyanın vəkilləri apellyasiya ərizəsi veriblər və məhkəmə qərarı ləğv edilib.
Ali məhkəmə bu günkü qərarı ilə Andranik Soqoyan və əlbirləri üçün ilkin qərarı bərpa edib. Amma hazırda erməni avtoritet Çexiyadan çox uzaqdadır və çətin ki, bir də ora qayıtsın.