Qazaxıstanın Birinci Prezidentinin Fondu, bu ölkənin Yazıçılar İttifaqı Bakıdakı Mahmud Qaşqari Fondu ilə birgə yazıçı-publisist, türkoloq alim, tarixi romanlar müəllifi Yunus Oğuzun Almatıda rus dilində çap olunmuş "Əmir Teymur” romanının təqdimatını keçirib. Təqdimat mərasimində ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər. Tədbiri Qazaxıstan Yazıçılar İttifaqı (QYİ) sədrinin müavini Berik Şaxanov açaraq Yunus Oğuzun yaradıcılığı haqqında məlumat verib, "Əmir Teymur” romanının tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, indiyədək Yunus Oğuzun "Atilla” pyesi, "Nadir şah”, "Təhmasib şah” və "Qədim türklər və pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, "Türkün tarixinə yeni baxış”, "Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları çap olunub. 2010-cu ildə "Nadir şah”, "Təhmasib şah”, "Atilla” və "Qədim türklər və pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında” kitabları Türkiyədə böyük tirajla çap edilib. QYİ-nın katibi Məlik Otorbaça, yazıçı Gülzad Mirzaxmedova Yunus Oğuzu bir alim və yazıçı kimi təhlil edib, əsərlərinin əhəmiyyətindən danışıblar. Bakıdan gəlmiş şair Elxan Zal Qaraxanlı və Almatıdakı "Oğuz” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qərib Məmmədov ədəbi əlaqələrimizin inkişaf səviyyəsindən bəhs edib Azərbaycan yazıçılarının əsərlərinin Qazaxıstanda, qazax yazıçılarının yaradıcılıq nümunələrinin isə Azərbaycanda çap edilməsini müsbət hal kimi dəyərləndiriblər. Yunus Oğuz kitabın nəşrinə görə minnətdarlıq edib, əsər üzərindəki işindən danışıb. Sonra "Əmir Teymur” kitabını imza mərasimi olub. Xatırladaq ki, yazıçı publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun əsərləri bir sıra ölkələrin dilinə geniş tirajla tərcümə olunaraq yayılıb. Elə bu yaxınlarda onun "Əmir Teymur” adlı iki cildliyi ("Əmir Teymur zirvəyə doğru”, "Əmir Teymur dünyanın hakimi”) Türkiyə Respublikasında Türkiyə türkcəsində çap olunub. Sözügedən kitabların çapını "İleri” nəşriyyatı həyata keçirib. Nəşrlər Hüseyn Adıgözəllinin tərcüməsində reallaşıb. Y. Oğuzun "Qədim Anadolu və Azərbaycan türkləri”, "Türkün tarixinə yeni bir baxış”, "Atilla”, "Nadir Şah”, "Təhmasib Şah”, "Türkün gizli tarixi”, "Əmir Teymur zirvəyə doğru”, "Qədim Türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, "Əmir Teymur-dünyanın hakimi” və digər kitabları türk və rus dillərində çap edilib. Onlardan "Hadir şah”, "Təhmasib şah”, "Attila”, "Qədim Türklər və passionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, "Türkün tarixinə yeni bir baxış” kitabları türk dilində işıq üzü görüb.
Nazarbayev Fondu Yunus Oğuzun kitabının təqdimatını keçirib
17:44 17.10.2013
Arxiv
2312
Almatıda baş tutan mərasimdə yazarlar, diaspor təmsilçiləri iştirak ediblər
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiprdə tək həll yolu budur - Fidan
20:49 08.01.2025
Siyasət
Kaya Kallas İtaliyaya səfər edəcək
20:43 08.01.2025
Siyasət
Rusiya bu dəfə Xersonu vurdu: ölü və yaralılar var
20:36 08.01.2025
Dünya
AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırır
20:33 08.01.2025
Cəmiyyət
Zaqatalada daha bir azyaşlı ölüb
20:26 08.01.2025
Hadisə
Qəzza zolağından İsrailin cənubuna raket atılıb
20:03 08.01.2025
Dünya
İranın yeni radar sistemi qonşuların səmasını müşahidə edə biləcək
19:51 08.01.2025
Hərbi
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
19:45 08.01.2025
Siyasət
Təyyarə qəzasında yaralanan qırğızlar evə buraxıldı
19:31 08.01.2025
Gündəm
Zelenski yenidən prezident olmaq istəyir
19:25 08.01.2025
Dünya
"Fənərbağça" bu mövsüm Türkiyə Kubokuna qatılacağını açıqlayıb
19:19 08.01.2025
İdman
Gürcüstanda matəm elan edildi
19:13 08.01.2025
Dünya
Gülər Almaniyanın müdafiə naziri ilə danışdı
19:08 08.01.2025
Siyasət
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
18:58 08.01.2025
Gündəm
Serbiyadan gözlənilməz Rusiya qərarı: İmtina etdi!
18:54 08.01.2025
Siyasət
Finlandiya Rusiya ilə sərhəddə təlimlər keçirir
18:44 08.01.2025
Hərbi
Baş nazirdən daha bir qərar
18:38 08.01.2025
Cəmiyyət
Ermənilər Qarabağa belə qayıda bilərdilər - Mirzoyan
18:27 08.01.2025
Siyasət
Bakı Yunus Əmrə İnstitutuna yeni direktor təyin olundu
18:21 08.01.2025
Cəmiyyət
ABŞ heyəti Kiyevdə Ukraynaya hərbi yardımı müzakirə edib
18:16 08.01.2025
Siyasət
Polşada prezident seçkiləri mayın 18-də keçiriləcək
Polşada prezident seçkiləri mayın 18-də keçiriləcək
18:10 08.01.2025
Dünya
Türkiyə və Suriya PKK-ya qarşı hərbi əməliyyata hazırlaşır
18:02 08.01.2025
Dünya