Bulvarda gənc qız özünü dənizə atdı

Köməyə FHN xilasediciləri gəlib

Bakıda Dənizkənarı Milli Parkda bir nəfər intihara cəhd edib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər intihar məqsədilə özünü dənizə atıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, 20-25 yaşlı qız özünü saat qülləsinin yaxınlığında dənizə atıb. Onun xilas edilməsi üçün Bulvar İdarəsinin mühafizəçiləri və ətrafdakı insanlar əraziyə yığışıblar. Köməyə gələn FHN xilasediciləri suda boğulan qızı çıxararaq təcili tibbi yardıma təhvil veriblər. Həmin şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.