26 erməni əsgəri xəsarət aldı




Ermənistanda "Ural” markalı hərbi avtomobil qəzaya uğrayıb.

APA-nın "tert.am” saytına istinadən verdiyi məlumata görə, hadisə Qafan rayonu ərazisində baş verib.
Qəza nəticəsində 26 hərbçi xəsarət alıb. Onlar hospitala yerləşdirilib.

Ölənlər haqqında hələlik məlumat verilmir.