Gənc qız böyük ümidlərlə ailə həyatı qurmuşdu. Bir neçə aydan sonra əri ilə aralarında başlanmış narazılıq dünən son həddə çatdı, o, evdən qaçdı. Bakının Yasamal rayonunda 23 yaşlı təzə gəlin yoxa çıxıb. Dünən saat 12 radələrində S.Dadaşov ev 70b ünvanında yaşayan 23 yaşlı G.S-ova evdən çıxıb və geri qayıtmayıb. Beş ay əvvəl ailə həyatı qurub ər evinə köçən gəlinin çox çəkməmiş həyat yoldaşı ilə münaqişəsi yaranıb və o, evdən qaçıb. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsindən Milli.Az-a bildirildi ki, hazırda G.S-ovanın tapılması üçün axtarış aparılır.