SOCAR 17 il ərzində (2008-ci ildən) Türkiyə iqtisadiyyatına 18,5 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb.
"APA-Economics" xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiye"nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov deyib.
Onun sözlərinə görə, qeyd olunan sərmayələr "SOCAR Türkiye"ni Türkiyənin ən iri xarici investoruna çevirib.
Elçin İbadov onu da qeyd edib ki, SOCAR, 2008-ci ildə “Petkim” səhmlərinin 51%-ni Türkiyə Respublikasının Özəlləşdirmə İdarəsindən 2 mlrd. 40 mln. ABŞ dollarına satın alaraq bu ölkədə fəaliyyətə başlayıb.
"Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 mlrd. ABŞ dolları sərmayə qoyub", - Elçin İbadov qeyd edib.