İranda zəlzələ oldu

İranın Kerman vilayətinin Köhnuc şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə İranın Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.