"Qarabağ"ın iki oyununa azarkeşlər buraxılmayacaq

"Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib.

Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.

Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək və matçların canlı yayınlanması nəzərdə tutulmur.