Almatıdan Antalyaya uçan sərnişin təyyarəsi Aktauya məcburi eniş edib

“Almatı – Antalya” reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus sərnişin təyyarəsi Aktau şəhərində məcburi eniş edib.
APA-nın “tengrinews”a istinadən xəbərinə görə, hadisəyə səbəb mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq olub.

Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.