Aİ Şimali Koreyanın ballistik raket atmasını pisləyib

Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Anita Hipper Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq dənizinə orta mənzilli ballistik raket atmasını pisləyib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında bildirilib.

Bildirilib ki, bu, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur və Koreya yarımadasında gərginliyi daha da artırır.

Məlumatda qeyd edilib ki, Aİ KXDR-ni belə qeyri-qanuni və təxribata yol açan hərəkətlərdən çəkinməyə və əsas tərəflərin dialoq təkliflərini qəbul etməyə çağırır. "Bu, Koreya yarımadasında davamlı sülh və təhlükəsizlik üçün yeganə yoldur".