Ukrayna Rusiya qazının tranzitini dayandırdığı üçün qazın qiyməti 20% artıb.
"Sherg.az" Kyivİndependent-ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Xarici İşlər naziri Peter Siyarto deyib. O, Ukraynanı Rusiya qazının tranzitini dayandırmaqla Avropanın iqtisadi problemlərini daha da ağırlaşdırmaqda və Avropa bazarında təbii qazın qiymətinin 20% artmasına səbəb olmaqda ittiham edib.
Siyarto Ukraynanın hərəkətlərini tənqid edərək, bunun Avropa iqtisadiyyatını, xüsusən də Mərkəzi Avropanı çətin vəziyyətə saldığını iddia edib. “Ukrayna AB-yə üzvlüyə namizəd kimi daxil olmağa çalışsa da, son qərarı ilə Avropa iqtisadiyyatını növbəti dəfə çətin vəziyyətə salıb“, - o deyib.
O, həmçinin qeyd edib ki, Macarıstan enerji mənbələrini şaxələndirib və qiymət artımından ciddi təsirlənməyəcək.
Qeyd edək ki, 2021-ci ildə imzalanmış 15 illik müqavilə çərçivəsində Macarıstan hər il Rusiyadan təxminən 4,5 milyard kubmetr qaz idxal edir.