Suriyanın yeni administrasiyasının lideri Əhməd əş-Şara iki məsələdə ABŞ-dan dəstək istəyib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kann” telekanalı məlumat yayıb.
Əhməd əş-Şaranın ABŞ-dan ilk tələbi İsrail qoşunlarının sərhəddəki bufer zonadan və Hermon dağından çıxarılması ilə bağlı olub. İsrail rəsmiləri “Kann”a bildiriblər ki, ABŞ-dan məsələ ilə bağlı heç bir açıqlama olmayıb.
Onun ikinci istəyi ABŞ-ın Suriyaya humanitar yardım göndərməsi ilə bağlıdır.