Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edildi

Anjelo Qnadinger münaqişələrin həlli, beynəlxalq hüquq və siyasi vasitəçilik üzrə çoxillik təcrübəyə malikdir

Cənubi Qafqaz və Qərbi Balkanlar İsveçrənin 2014-cü ildə ATƏT-ə sədrliyi dövrünün əsas prioritetlərindən biri olacaq. APA-nın İsveçrə XİN-ə istinadən verdiyi məlumata görə, bu ölkə sədrliyi dövründə Cənubi Qafqazda dialoq və etimad tədbirlərinin gücləndirilməsinə çalışmaq niyyətindədir. Bununla əlaqədar İsveçrə Federal Şurası Anjelo Qnadingeri (Angelo Gnadinger) İsveçrənin sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib. Təyinat oktyabrın sonunda gerçəkləşsə də, xüsusi nümayəndə öz vəzifəsinin icrasına 2014-cü il yanvarından 1-dən başlayacaq. A. Qnadinger hazırda Cenevrə Humanitar Dialoq Mərkəzində siyasi vasitəçilik sahəsi üzrə çalışır. O, münaqişələrin həlli, beynəlxalq hüquq və siyasi vasitəçilik üzrə çoxillik təcrübəyə malikdir.