Gürcüstanda içərisində Azərbaycan vətəndaşları olan gəmi saxlanılıb

Abxaziya sahillərində saxlanılan “İREM” adlı gəminin kapitanı da Azərbaycan vətəndaşıdır

Gürcüstanda sərhədi pozan gəmi saxlanılıb. ANS PRESS-in Gürcü mətbuatına istinadla verdiyi məlumata görə, sərhəd polisi Beliz bayrağı altında Abxaziyadan Türkiyə istiqamətində üzən gəmini işağl edilmiş əraziyə daxil olma qaydalarına riayət etmədiyi üçün saxlayıb. "İREM” gəmisinində saxlanılan zaman gəmidə Avif Meçio adlı Azərbaycan vətəndaşı olan kapitan və komandası - 5 Ukrayna,2 Azərbaycan vətəndaşı olub. Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 332-ci - işğal olunmuş ərazilərə daxil olma qaydalarını pozma maddəsi ilə istintaq aparılır.