Dəhşət: 10 yeni doğulmuş körpə ağırlığında kist çıxardılar - Fotolar

24 yaşlı qadın diyet saxlamasına baxmayaraq qarını ketdikcə böyüdü. Ancaq qəribə olan üzü, qolları və qıçları zəifləyərkən qarını günbə-gün şişirdi. 
Qarınındakı şişlik orqanlarını o qədər narahat edirdi ki, bir neçə adım atdıqdan sonra ağrılar içində tənginəfəs olurdu. "Daily Mail"də nəşr olunan xəbərə görə, sonunda həkimə gedən Meksikalı qadının yumurtalıq kistinin olduğu ortaya çıxdı. 11 aydır böyüyən kista, əməliyyatla alınana qədər 33 kiloya çatmışdı. İnfarkt riskiylə qarşı-qarşıya qalan qadının iç orqanları ciddi  ziyan görmüşdü. 
Əməliyyatı reallaşdıran Dr. Erik Hanson Viana, 10 yeni doğulmuş körpə ağırlığında olan kistin həyatında gördüyü ən böyük kist olduğunu söylədi. Şiş  gənc qadının qarınının 95 fazini örtürdü. Kütlənin ətrafı 157 sm. ikən, uzunluğu yarım metrə çatırdı. Gənc qadın əməliyyatdan iki gün sonra xəstəxanadan çıxa bildi. Olduqca yüngülləşən qadın yerimək üçün bir müddət qoltuq ağaclarına ehtiyac duydu. Altı ay sonra həkim müayinəsinə  gəldiyində orqanlarının tamamilə yaxşılaşdığı məlum olub. Üstəlik qoltuq ağaclarına da artıq ehtiyac duymurdu.