Londonda terror zamanı 3 nəfər hadisə yerində ölüb

Yaralananlardan 12-nin vəziyyəti ağırdır



Londonda terror aktı zamanı yaralananlardan 12 nəfərin vəziyyəti ağırdır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə London təcili tibbi yardım xidmətinin nümayəndəsi Polin Kranmer bildirib.

"Biz artıq xəstəxanaya ağır vəziyyətdə çatdırılan 12 nəfərə müvafiq yardım göstərmişik. Yüngül yaralanan 8 nəfərə hadisə yerində tibbi yardım göstərilib. 3 nəfər hadisə yerində ölüb”, deyə P.Kranmer bildirib.

Londonda törədilən terror aktı nəticəsində həmçinin bir polis əməkdaşı ölüb.