Britaniyada bayraqlar endirildi





Britaniya Baş naziri Tereza Mey Vestminister teraktının günahsız qurbanlarına hörmət əlaməti olaraq Dauninq stritdəki bayraqların endirilməsini əmr edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası yayıb.

Qeyd edək ki, bu gün Londonda terakt törədilib. Nəticədə 4 nəfər həlak olub, 20 nəfər yaralanıb. Britaniya mətbuatı teraktı törədən şəxsin Əbu İzzəddin olduğunu iddia edib.

Dauninq stritdə 200 ildir ki, Britaniya baş naziri və bir sıra dövlət rəhbərlərinin iqamətgahları yerləşir.