Qısqanclıq səbəbilə həmkəndlisini amansızliqla öldürdü

Oğuz rayonunda dəhşətli qətl hadisəsi baş verib



Oğuz rayonunda dəhşətli qətl hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Muxas kənd sakini Bəylər Məmmədalı oğlu Yusifov həmkəndlisi Rüfət Eynulla oğlu Salamovu xüsusi amansızlıqla öldürüb. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.