Elmar Məmmədyarov Ermənistana dəvət olundu

Səfərlə bağlı dəqiq qərar növbəti həftənin sonunda müəyyənləşəcək

"Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar”. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan bildirib. Qeyd edək ki, toplantı dekabrın 12-də İrəvanda keçiriləcək. Azərbaycanlı nazirin sözügedən toplantıya qatılıb-qatılmayacağı ilə bağlı "Şərq”ə açıqlama verən XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu haqda konkret rəyin olmadığını qeyd edib. Nazirlik sözçüsü bildirib ki, səfərlə bağlı dəqiq qərar növbəti həftənin sonunda müəyyənləşəcək: "Qərar dəqiqləşəndən sonra ictimaiyyətə bununla bağlı məlumat veriləcək”.