Dünya şöhrətli sənətkar, xanəndə, Xalq artisti Alim Qasımovun ailəsində böyük sevinc yaşanıb. Belə ki, Alim Qasımov 10 illik həsrətdən sonra oğul babası olub. Belə ki, Xalq artisti Alim Qasımovun oğlu Qadir ata olub. Bu sevinci onu təbrik edənlərlə də bölüşən Alim Qasımov
"Biz uzun illər idi ki, bu uşağı gözləyirdik. 10 ildir evli olan cütlüyün nəhayət ki, övladı dünyaya gəldi. Allah bütün gənclərimizə qismət eləsin! Qoy bu uşaq oğlumun evinə böyük səadət, uğur və firavanlıq gətirsin. Allah qızlarla sevindirmişdi. Bu dəfə isə oğul payı verdi. Allah cümlə Azərbaycanımızı sevindirsin. İnşallah, Azərbaycana yararlı, gərəkli övlad olar” söyləyib. Xalq artistinin həyat yoldaşı Tamilla xanım "Şərq”ə açıqlamasında "Allah hər ocağa övlad sevinci bəxş etsin. Bu, Allahın bir sınağı idi. Əlhəmdullah ki, Allahın bu sınağından da üzüağ çıxdıq. Bu müjdə bizə bu sınaqdan çıxdığımıza bir işarə oldu. Şükr Bizi yaradana. İnanın ki, bizdən çox, bütün qohum-əqrəba, tanışlar sevinirlər. On ildir ki, gözümüz yolda idi, nəhayət, bu xoş günü də gördük. Bizim ailəyə kiçik Alim gəldi” söylədi. Tamilla xanımdan onu da öyrəndik ki, balaca Alim dünyaya gələndə çəkisi 3 kq 200 qram, uzunluğu 50 sm olub. Təbrik edirik!