Prezident seçkilərində baş nazir qalib gəldi - YENİLƏNİB




Serbiyada aprelin 2-də keçirilmiş prezident seçkisinin ilk nəticələri məlum olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Serbiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Belə ki, ilk yeri səslərin 59,79%-ni toplayan Serbiyanın baş naziri Aleksandr Vuçiç tutur. Onun ən yaxın rəqibi, ölkənin sabiq ombudsmanı Saşa Yankoviç cəmi 13,18% səs toplaya bilib.
Serbiya qanunvericiliyinə əsasən, birinci turda qələbə qazanmaq üçün namizəd 50% + 1 səs toplamalıdır. Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edib. Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

***
Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan "exit-poll”un nəticələri açıqlanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, "Ipsos Strategic” agentliyi tərəfindən keçirilən exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç 58,1%-ilə qalib gəlir.
İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.
Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.