"Ermənistanda qan tökülə bilər"




"Ermənistanda parlament seçkilərindən sonra baş verə biləcək hadisələrə, ixtişaşlara reaksiya göstərilməyəcək. Çünki, beynəlxalq güclər Ermənistana qarşı hər hansı addım atmırlar”.

Sherg.az xəbər verir ki, bunu Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib. 

O bildirib ki, 1999-cu il, 27 noyabrda erməni parlamentində törədilən gülləboranda və2008-ci ildə eyni hadisələrdə insanlar qətlə yetirildi, lakin beynəlxalq güclər reaksiya vermədi:

"Azərbaycanda hər hansı məişət zəmnində hadisə baş verir, beynəlxalq ictimaiyyət insan hüquqlarının müdafiəsinə xidmət edən təşkilatlar ayağa qalxır, iradlar səsləndirir. Lakin əksinə olaraq bu təşkilatlar ermənistanda baş verən hadisələrə heç bir reaksiya vermirlər. Ola bilər ki, parlament seçkiləri sonrası Ermənistanda aksiyalar baş verib, qan tökülə bilər. Erməni cinayətkar rəhbərliyinin qondarma oyunlarına beynəlxalq ictimaiyyət reaksiya verməlidir. Dünya ictimaiyyəti tərəfindənbu münasibətin olmaması təcavüzü genişləndirir".

Aysel Aslan