Oğul anasını bıçaqladı

18 yaşlı gənc anasını ailə münaqişəsi zəminində yaralayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. 1995-ci il təvəllüdlü Heydərli Heydər Bayram oğlu aralarında baş verən ailə münaqişəsi zamanı anası 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayıb. Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Anasını bıçaqlayan Heydər Heydərli isə evdən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər.