"Süni qiymət artımına yol verilməməlidir" - İlham Əliyev




"Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham ƏliyevNazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: "Süni qiymət artımına yol verilməməlidir”.
Prezident İlham Əliyev bildirib ki, dövlət büdcəsinin icrası uğurla gedir: "Bu ilki investisiya proqramlarının tam şəkildə icra olunması vacibdir.

Ölkə üçün ən lazımlı layihələrə vəsait ayrılıb. Maliyyə vəziyyətimiz yaxşıdır. Valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə çoxdur”.