Sovetdən qalan tankdan xəzinə çıxdı - MİLYONLUQ KÜLÇƏLƏR




İngiltərə vətəndaşı 30 min sterlinqə aldığı Sovet dövrünə aid tank sayəsində sərvət sahibi olub.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 55 yaşlı Nik Mead adlı kolleksiyaçı satın aldığı T54 sovet tankının benzin çənindən bir neçə kiloluq qızıl külçələr tapıb.

Çəndən 5 kq ağırlığında ümumilikdə 5 külçə qızıl tapılıb. Xəzinənin təxmini qiyməti 2, 3 milyon avrodur.
Qızılın Körfəz müharibəsində Küveytdə döyüşən iraqlı əsgərlər tərəfindən tankda gizlədildiyi ehtimal edilir.