Ukraynanın paytaxtı Kiyevdə Avropaya inteqrasiya tərəfdarlarının keçirdiyi etiraz aksiyası toqquşmalarla nəticələnib. APA-nın məlumatına görə, 100 minədək insanın toplaşdığı aksiyaya polis müdaxilə edib. Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qazdan istifadə edib. Aksiyanın dağıdılmasına "Berkut” xüsusi təyinatlı qüvvələri cəlb olunub, lakin onlar mitinqi dağıda bilməyiblər. Hələlik, yalnız aksiya iştirakçılarının Nazirlər Kabinetinə doğru hərəkətinin qarşısını almaq mümkün olub. Axşam saatlarında müxalifət "Avropa” meydanında və Nazirlər Kabinetinin qarşısında çadırlar qurmağa başlayıb. Kiyev polisinin rəhbərliyi bəyan edib ki, çadır şəhərciyini sökmək niyyətində deyillər, amma hökumət müvafiq qərar qəbul etsə, ictimai asayişi bərpa etmək üçün bütün vasitələrə əl atmağa hazırdırlar. Müxalifət Vilnüs sammitinə qədər "Avropa” meydanından çıxmayacağını bəyan edib. Bəyanatda bildirilir ki, əgər Ukrayna Vilnüs sammitində Avropa Birliyi ilə assosiativ saziş imzalamasa, aksiyalar nəticə əldə olunana kimi davam edəcək. Hazırda əsas mitinq "Avropa” meydanında keçirilir. Kütlənin sıx olduğu yerlərə bir neçə dəfə qatı tüstü müşahidə olunub. Müxalifət qaz şaşkalarının Yanukoviçin lideri olduğu Regionlar Partiyasının atdığını bildirir. Ukrayna Daxili İşlər Nazirliyi Nazirlər Kabinetinin qarşısında aksiya iştirakçıları ilə polis arasında baş verən toqquşmalarda bir "Berkut” xüsusi təyinatlısının yaralandığını bildirib. Rəsmi məlumata görə, nümayişçilərdən xəsarət alan yoxdur. Hazırda hökumət binası qarşısında vəziyyət sabitdir. "Berkut” qüvvələri binanın mühafizəsini təmin edir. Nazirlər Kabinetinin qarşısında bir neçə yüz nəfər qalıb, aksiya iştirakçıları "Avropa” meydanına və Radaya doğru hərəkət etməyə başlayıblar. Ukraynanın bütün şəhərlərində Avropaya inteqrasiya tərəfdarlarının mitinqləri keçirilir. Kiyevdən fərqli olaraq digər şəhərlərdə aksiya iştirakçılarının sayı nəzərəçarpacaq dərəcədə azdır.
Kiyev qarışdı
23:09 25.11.2013
Arxiv
346
Nazirlər Kabinetini ələ keçirmək istədilər, olmadı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: HAMAS-ın azad edəcəyi 34 israilli məhbusun adları açıqlanıb
12:10 06.01.2025
Dünya
Ermənistanın Rusiyaya yolu tam bağlandı
12:04 06.01.2025
Dünya
“Oleq Bakinski”nin məhkəməsinin vaxtı məlum olub
11:58 06.01.2025
Hadisə
Juninyo bu tarixdə "Qarabağ"dan ayrılır
11:51 06.01.2025
İdman
Samux sakinindən narkotik vasitə və silah aşkarlanıb
11:46 06.01.2025
Hadisə
Azərbaycanda seçkiqabağı təşviqat başlayıb
11:40 06.01.2025
Siyasət
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 26 əcnəbi saxlanılıb
11:34 06.01.2025
Hadisə
MİT İraqda əməliyyat keçirib, PKK üzvləri zərərsizləşdirilib
11:27 06.01.2025
Dünya
İranda zəlzələ oldu
11:07 06.01.2025
Dünya
Məktəblərdə 1 həftə dərs olmayacaq
11:00 06.01.2025
Cəmiyyət
İlham Əliyev sağ qalan təyyarə bələdçiləri ilə görüşüb
10:53 06.01.2025
Gündəm
Qonşumuzda hərbi xidmət 6 ay oldu
10:45 06.01.2025
Hərbi
Məktəbin qarşısında QƏZA - İşıqfor yararsız hala düşdü
10:38 06.01.2025
Hadisə
Rusiyaya PUA hücumu edildi
10:31 06.01.2025
Dünya
Qubada "Hunday" dərəyə aşdı
10:17 06.01.2025
Hadisə
“Qızıl Qlobus” 82-ci dəfə təqdim edilib
10:10 06.01.2025
Şou
Bu rayonlara qar yağıb -FAKTİKİ HAVA
09:55 06.01.2025
Cəmiyyət
Əş-Şara ABŞ-a iki xahişlə müraciət etdi
09:47 06.01.2025
Dünya
Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib
09:40 06.01.2025
Hadisə
Dolları boykot edən ölkələrin sayı açıqlandı
09:33 06.01.2025
İqtisadiyyat
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti cüzi azalıb
09:26 06.01.2025
İqtisadiyyat
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
09:19 06.01.2025
Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
09:10 06.01.2025
Cəmiyyət
Qəzza münaqişəsində öldürülən jurnalistlərin sayı 220-yə çatıb
08:53 06.01.2025
Dünya