Sosial şəbəkədə pasportla qeydiyyat təklif olundu - Rusiyada




Rusiya Dövlət Dumasında sosial şəbəkələrin fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı qanun layihəsi hazırlanıb. İKT.lent.az-ın "gazeta.ru”ya istinadən xəbərinə görə, deputat Vitali Milonov tərəfindən təqdim olunan layihədə sosial şəbəkələrdə qeydiyyatın pasport məlumatları əsasında həyata keçirilməsi təklif edilir. 

 Bundan başqa, layihədə sosial şəbəkələrdə 14 yaşınadək uşaqların qeydiyyatdan keçməsinin yolverilməzliyi, sanksiyalaşdırılmamış aksiya və mitinqlər barədə məlumatların yayılmasının, bir şəxsin bir neçə profilə sahib olmasının qadağan edilməsi nəzərdə tutulur. Məsələyə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov layihədə nəzərdə tutulan müddəaların həyata keçirilməsinin real olmadığını söyləyib.