ATƏT-in Bakı ofisinin statusu dəyişdirilir

Qurumun Bakı ofisinin rəhbəri Koray Tarqay yanvarın 1-dən ATƏT-in Bakı ofisinin layihə koordinatoru statusu altında fəaliyyət göstərəcəyini deyib

ATƏT-in Bakı ofisi 2014-cü il yanvarın 1-dən yeni statusda fəaliyyət göstərəcək. ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay söyləyib. Səfir Koray Tarqay anlaşma memoarandumu ilə bağlı müzakirələrin getdiyini bildirib. Koray Tarqay 2014-cü il yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisinin layihə koordinatoru statusu altında fəaliyyət göstərəcəyini də qeyd edib. Qeyd edək ki, Bakı Ofisinin statusunun dəyişdirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.